Elmar Hüseynovun qətlə yetirilməsindən 9 il ötür
02 mart 2014 12:07 (UTC +04:00)

Elmar Hüseynovun qətlə yetirilməsindən 9 il ötür

0

Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 9 il ötür. Mərhumun dostu, naşir Şahbaz Xuduoğlu “Media forum” saytına deyib ki, hər hansı tədbir keçirməyi planlaşdırmayıblar: “Martın 2-də Elmarın məzarını ziyarət edəcəyəm. Ola bilər ki, jurnalist təşkilatları tədbir hazırlayıb”.

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov isə Elmar Hüseynovun qətlinin ildönümü ilə əlaqədar yeni bəyanat hazırladığını bildirib: “Bəyanatı fevralın 28-də təqdim edəcəyik. Ənənəvi olaraq martın 2-də jurnalist həmkarlarla birlikdə Elmar Hüseynovun məzarı ziyarət ediləcək. Öldürüldüyü binaya da baş çəkəcəyik. “Facebook”da bütün vətəndaş cəmiyyətini tədbirə çağıracağıq. Anım mərasiminin dəqiq vaxtı açıqlanacaq”.

 

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də axşam Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaq işini Milli Təhlükəsizlik Nazirliyi araşdırır. Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. İndiyədək onlar tapılmayıb.

 

Mərhum jurnalistin xanımı Ruşaniyə Hüseynova 2006-cı ilin sonlarında oğlu Aslanla birgə Norveçə mühacirət edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1393

Oxşar yazılar