Əli Həsənov: “Qarabağda təhlükəli terror qruplaşmaları təlimlər keçir”
07 aprel 2014 17:50 (UTC +04:00)

Əli Həsənov: “Qarabağda təhlükəli terror qruplaşmaları təlimlər keçir”

Aprelin 7-də Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Türkiyə Böyük Millət Məclisinin və İstanbul Ticarət Palatasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə Ə. Həsənov

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları haqqında ətraflı danışıb. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkünə çevrilib, milli mədəni sərvətlərimiz talan edilib.

 

Komitə sədri deyib ki, bu gün ermənilər işğal altındakı ərazilərdə narkotik vasitələr istehsal edirlər. Orada dünya üçün təhlükəli terror qruplaşmaları təlimlər keçir. Eyni zamanda, həmin ərazilərdən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə olunur.

 

Azərbaycanın münaqişənin sülh yolu ilə ədalətli həllində maraqlı olduğunu qeyd edən

baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hökuməti qaçqın və məcburi

köçkünlərin ehtiyaclarını ödəmək üçün həm hüquqi, həm də sosial-iqtisadi sahədə

böyük işlər görür. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli

məqsədilə Azərbaycan hökuməti son 20 ildə 5,4 milyard ABŞ dolları məbləğində

vəsait xərcləyib.

 

 

Görüşdə Ə. Həsənov Türkiyənin bir sıra humanitar təşkilatları tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün soydaşlarımıza humanitar yardımlar olunduğunu da xatırladıb. Nazir müavini ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 20 ildən artıqdır davam edən danışıqlar prosesinin hələ də heç bir nəticə vermədiyini də qeyd edib.

 

İstanbul Ticarət Palatasının üzvü və nümayəndə heyətinin sədri Öztürk Oran bildirib ki, Xocalı soyqırımı insanlıq əleyhinə işlənmiş bir cinayətdir. Onun sözlərinə görə, bu cür vəhşi qətliamların təkrarlanmaması üçün onun günahkarları beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalıdır.

 

Ədalət və İnkişaf Partiyasından deputat Seyit Erçelik və digər çıxış edənlər də Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətlərin dünya ictimaiyyətinə

çatdırılması üçün birgə fəaliyyətin önəmli olduğunu vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 650
avatar

Oxşar yazılar