Əli Həsənov: “Bәzi dairәlәr Avropa Oyunlarını siyasilәşdirmәyә cәhd edir”
11 iyun 2015 16:56 (UTC +04:00)

Əli Həsənov: “Bәzi dairәlәr Avropa Oyunlarını siyasilәşdirmәyә cәhd edir”

 

“Bәzi dairәlәr Azәrbaycanda keçirilәn Avropa Oyunlarını siyasilәşdirmәyә cәhd edir”.


 

APA-nın məlumatına görə, bunu bu gün Prezident Administrasiyası və Gənclər və İdman Nazirliyinin I Avropa Oyunları ilə bağlı birgə mətbuat konfransında Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

Ə. Həsənov bildirib ki, Azәbaycan dövlәtinә, dövlətin və prezidentin müstәqil siyasәtinә tәsir göstәrmәk istәyәn dairәlәr anti-Azәrbaycan proqramına malikdirlәr: “Bunlar belә bir platforma formalaşdırıblar vә anti-Azәrbaycan dairәlәrini yönәldirlәr. ABŞ vә Qәrb ölkәlәrinin müxtәlif media, QHT, müxtәlif hüquq-müdafiә dairәlәrindә biz bunu müşahidә edirik. Lakin biz buna tәmkinlә yanaşır, birbaşa reaksiya vermirik.

 

Bizim mәqsәdimiz müstәqil siyasәtimizi davam etdirmәk, Azәrbaycanın nailiyyətlərini dünyaya çatdırmaq, bölgәdә sülh siyasәtinin yönlәndirilmәsi, dövlәtlәr arasında sivil münasibәtlәrin formalaşdırılmasıdır. Azərbaycan əleyihinə kampaniyanın mövcudluğu barədə dәqiq mәlumatlar var. KİV-də dә bu barәdә mәlumat yayılıb. Tәәssüf edirik vә bu kampaniyalardan geri çәkilmәyә çağırırıq. Bizim iradəmiz demokratiya, insan hüquqları, sivil şәkildә birgә yaşayışdan ibarətdir”.

 

Ə. Həsənov deyib ki, “Amnesty İnternational təşkilatı adından heç kim Azərbaycana daxil olmaq üçün müraciət etməyib. Bu təşkilatdan kimsə Avropa Oyunları ilə bağlı akkreditasiyadan keçməyib”.

 

 

Ə. Həsənov deyib ki, Amnesty İnternational təşkilatının nümayəndəsi olaraq Azərbaycana gələcək şəxslərlə bağlı nə Olimpiya Komitəsinə, nə də Xarici İşlər Nazirliyinə müraciət olmayıb: “Araşdırmalarımız zamanı bəlli olub ki, bu təşkilatın bəzi mütəxəssisləri dolayı yollarla Azərbaycana daxil olmaq istəyiblər. Yəni onlar rəsmi olaraq təşkilat adından müraciət edərək deyil, dolayı yolla, məsələn, müxtəlif qəzet və jurnalların nümayəndəsi kimi ölkəyə daxil olmağa cəhd göstəriblər. Ona görə də Amnesty İnternational  adından yayılan bəyanatın əsası yoxdur”.

 

Qeyd edək ki, Amnesty İnternational təşkilatı üzvünün Azərbaycana buraxılmaması barədə məlumat yayıb.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar