Dekabrın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə Lent.az-a YAP-dan məlumat verilib. Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi, baş nazirin müavini Əli Əhmədov iclasın gündəliyində duran məsələlər barədə çıxış edib. İclasda Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfransın keçirilməsinə hazırlıq barədə müzakirə aparılıb və müvafiq qərar qəbul edilib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclasında partiyanın nəzdində fəaliyyət göstərən komissiyalara dair əsasnamə müzakirə edilərək qəbul olunub.
İdarə Heyətinin iclasında komissiyaların təqdim etdiyi iş planlarına baxılıb və bununla əlaqədar fikir mübadiləsi aparılıb.