Elçibəyin qardaşı oğlu partiya yaradır
29 iyul 2013 14:56 (UTC +04:00)

Elçibəyin qardaşı oğlu partiya yaradır

Elçibəyin qardaşı oğlu Hürrü Əliyev ikinci Milli-Azadlıq Hərəkatı uğrunda mübarizəyə başlayıb. “Vahid Millət” Dövlətçiliyə Dəstək İctimai Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qurum yaxın aylarda növbəti qurultayını keçirməyi və bundan sonra siyasi təşkilat kimi fəaliyyət göstərməyi qərarlaşdırıb. H. Əliyevin rəhbərlik etdiyi İctimai Birlik siyasi hərəkata çevrilməyində məqsəd milli qüvvələri vahid mərkəzdə birləşdirməkdir. Bu məqsədlə təşkilat Elçibəyçi milli qüvvələri öz ətrafında birləşdirməklə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda ikinci Milli-Azadlıq hərəkatının reallaşmasını qarşısına məqsəd qoyub.

 

Bir sıra nüfuzlu ictimai-siyasi xadimlərin də yer alacağı siyasi hərəkatın qurultayının sentyabr ayında keçiriləcəyi də qərarlaşdırılıb. Siyasi hərəkatın adı və konkret hədəfləri isə qurultayda açıqlanacaq.

 

Qeyd edək ki, İctimai Birlik bu istiqamətdə mühüm addımlar atıb. Qısa müddət ərzində aktiv fəaliyyəti sayəsində uğurları ilə diqqətləri cəlb edən İctimai Birliyin siyasi təşkilata çevrilməsi isə bu yöndəki fəaliyyəti daha da artırmaq və pərakəndə şəkildə olan millətçi qüvvələrin arzulanan böyük birliyinə nail olmaq məqsədi güdür.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1406
avatar

Oxşar yazılar