Əfqanıstan Müdafiə Nazirliyi: <b>“Ümid edirik ki...”</b> - <span style="color:red;">YENİLƏNİB
03 mart 2014 12:15 (UTC +04:00)

Əfqanıstan Müdafiə Nazirliyi: “Ümid edirik ki...” - YENİLƏNİB

0

Əfqanıstan İSAF missiyasının müddəti bitdikdən sonra da sabitliyin bərpasında Azərbaycanın kömək edəcəyinə ümid bəsləyir.


 

APA-nın məlumatına görə, bunu Əfqanıstanın Müdafiə Nazirliyinin ümumi hərbi siyasət və insan resurları şöbəsinin müdiri Mohd Qasem Vardak bəyan edib.

 

O qeyd edib ki, Azərbaycan Əfqanıstan üçün dost və qardaş ölkədir. 

 

“Biz ölkənizin inkişaf templərinə görə sevinirik”, - deyə M.Vardak vurğulayıb.

 

M.Vardakın sözlərinə görə, Azərbaycanla Əfqanıstan oxşar problemlərlə qarşılaşıb: “Müstəqillik əldə etdikdən sonra Azərbaycan çətinliklərlə qarşılaşıb və onları dəf edib. Biz ümid edirik ki, Azərbaycan eyni problemlərlə üzləşən Əfqanıstana yardım edəcək. Ümid edirik ki, Azərbaycan 2014-cü ildən sonra da Əfqanıstanda fəaliyyət göstərəcək”. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 775

Oxşar yazılar