Con Kerri Azərbaycan prezidentinə məktub göndərib
07 yanvar 2014 17:10 (UTC +04:00)

Con Kerri Azərbaycan prezidentinə məktub göndərib

“Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə ABŞ adından Sizə davamlı dəstəyimizi vəd edirəm”


 

ABŞ dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

 

APA-nın məlumatına görə, məktubda deyilir: “Hörmətli cənab Prezident!

 

“Şahdəniz” təbii qaz hasilatı layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı ilə bağlı Sizi və Azərbaycan xalqını təbrik edirəm.

 

17 dekabr yekun investisiya qərarı Azərbaycan tarixində mühüm mərhələnin rəmzidir. Özünün Avropa ilə birləşdirilməsi istiqamətində ilk addım atmaqla, Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir. Uzun illərin gərgin əməyi nəticəsində “Cənub” Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcək.

 

Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1157
avatar

Oxşar yazılar