“ATƏT-lə məsləhətləşmələr üçün bu gün Vyanaya gedirəm. Daha sonra Moskvaya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə cümə günü keçiriləcək görüşə yollanacağam”. APA-nın xəbərinə görə, bunu özünün “Twitter” səhifəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik yazıb.
Xatırladaq ki, aprelin 4-də Moskvada MDB XİN rəhbərlərinin toplantısı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq.