Cənubi Qafqaz Forumu başa çatdı
08 may 2013 19:13 (UTC +04:00)

Cənubi Qafqaz Forumu başa çatdı

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkil etdiyi Cənubi Qafqaz Forumu başa çatıb.

 

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, beynəlxalq konfransın bağlanış sessiyasına sədrlik edən İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin konfransın maraqlı keçdiyini, faydalı müzakirələrin aparıldığını bildirib.

 

İsmayıl Seragəldin deyib ki, 1-ci Cənubi Qafqaz Forumunun keçirilməsi qadınların rolunun gücləndirilməsi, etnik, dini azlıqların qorunması, müştərək cəmiyyətlərin inkişaf etdirilməsi işinə mühüm töhfələr verəcək.

 

Latviyanın sabiq prezidenti, Madrid Klubunun üzvü Valdis Birkavs müştərək cəmiyyətlərin yalnız kiçik ölkələr üçün deyil, böyük ölkələr üçün də mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Yeni Zelandiyanın sabiq baş naziri, Madrid Klubunun vitse-prezidenti Cenni Şipli Cənubi Qafqaz Forumunun bu regionda mühüm məsələlərin müzakirəsi üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsünü yüksək qiymətləndirib. Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü çatdıran Cenni Şipli Azərbaycan Prezidentinin bu əməkdaşlığın davam etdirilməsi ilə bağlı fikirlərindən məmnun qalıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycanın dünyanın sabiq dövlət və hökumət başçılarının ən böyük Forumu olan Madrid Klubunun bu möhtəşəm tədbirinə ev sahibliyi etməkdən böyük qürur hissi keçirdiyini dilə gətirib.

Cənubi Qafqaz Forumunun sivilizasiyalarası dialoqun inkişafına böyük töhfə verəcəyini xüsusi qeyd edən Nazim İbrahimov tədbirin uğurla həyata keçirilməsində əsas səbəbkarlardan olan Nizami Gəncəvi beynəlxalq Mərkəzinin hər zaman sivilizasiyalararası dialoq kimi bəşəriyyət üçün önəmli olan problemlərə diqqətlə yanaşdığını, qərbin nüfuzlu təşkilatları ilə əməkdaşlığa önəm verdiyni xatırladıb.  O, mötəbər tədbirin təşkilində səylərini əsirgəməyən İsgəndəriyyə Kitabxanasına, Sülh Mədəniyyəti Fonduna, alimlərə, vətəndaş cəmiyyətinin nümayəndələrinə, kütləvi informasiya vasitələrinin nümayəndələrinə də xüsusi minnətdarlıq edib.

Müzakirələrə yekun vuran İsmayıl Seragəldin belə forumların  Azərbaycanın beynəlxalq əməkdaşlıq və mötəbər tədbirlərə ev sahibliyi etmək istiqamətində təcrübəsinin daha da zənginləşməsinə imkan yaratdığını vurğulayıb.

Qeyd edək ki, Cənubi Qafqaz Forumunun sonuncu günü Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq protokolu imzalanıb. Bununla da Cənubi Qafqaz Forumu işini başa çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar