BMT Nizami Gəncəvinin beynəlxalq miqyasda tanıdılmasına kömək edəcək
25 iyun 2013 18:22 (UTC +04:00)

BMT Nizami Gəncəvinin beynəlxalq miqyasda tanıdılmasına kömək edəcək

0

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Bakıda səfərdə olan BMT Baş Katibinin Qlobal Tərəfdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi və eyni zamanda Qlobal Tərəfdaşlıq Forumunun rəhbəri Amir Dossal ilə görüşüb. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, N. İbrahimov qonağı Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

 

A. Dossal isə öz növbəsində bu ilin mayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi I Cənubi Qafqaz Forumunun yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edib. O, prezident İlham Əliyevin Foruma xüsusi diqqət göstərməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

 

Daha sonra tərəflər BMT strukturuna daxil olan təşkilatlarla Azərbaycan arasında müxtəlif səpkidə və müstəvidə birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. N.İbrahimov və A. Dossal Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin sentyabrda Bakıda keçiriləcək iclasına hazırlıqları barədə də fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, görüşdə BMT Baş Katibinin xüsusi nümayəndəsi həm dahi Azərbaycan şairi Nizami Gəncəvinin, həm də Azərbaycanın qlobal müstəvidə tanıdılması üçün dəstək göstərəcəyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 557

Oxşar yazılar