Bakıda avtobus piyadanı vurub qaçdı
27 mart 2014 15:19 (UTC +04:00)

Bakıda avtobus piyadanı vurub qaçdı

0

Bakıda sərnişin avtobusu piyadanı vurub. Lent.az-ın daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 26-da saat 02 radələrində Xəzər rayonu Binə qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mahmud Əhmədov vurulmuşdur. M.Əhmədov xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Daewoo” markalı avtobusun sürücüsü, Bakı şəhər sakini Babaxan Qasımov tərəfindən törədilməsi müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 864

Oxşar yazılar