Aprelin 16-da Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev Misirin Qəlyubiyyə vilayətinin qubernatoru Məhəmməd Əbdüzzahirlə Misirin Bənha şəhərində kimsəsizlərdən ibarət 15 cütlük üçün birgə toy mərasimi keçiriblər.
Azərbaycanın Misirdəki səfirliyindən Lent.az-a verilən məlumata görə, tədbir Abşeron rayonu ilə Misirin Qəlyubiyyə vilayəti arasında qardaşlaşma əlaqələri çərçivəsində təşkil edilib.
Toy mərasimi ilə əlaqədar yeni ailə quran kimsəsizlərə səfirlik tərəfindən cehiz hədiyyələr təqdim edilib və musiqi proqramı təşkil olunub.
Tədbir Misirin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.