Azərbaycanla AB arasında viza rejimi sadələşdiriləcək
30 iyul 2013 16:28 (UTC +04:00)

Azərbaycanla AB arasında viza rejimi sadələşdiriləcək

Saziş layihələrinin noyabrda Vilnüsdə imzalanması nəzərdə tutulur


 

Azərbaycan Respublikası və Avropa Birliyi (AB) arasında viza rəsmiləşdirilməsinin sadələşdirilməsi və Readmissiya Sazişi layihələri ölkəmizin AB yanında Nümayəndəliyinin rəhbəri Səfir Fuad İsgəndərov və Avropa Komissiyasının Daxili Siyasət üzrə Baş direktoru Stefano Manservisi  tərəfindən paraflanıb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu paraflanmadan sonra Saziş layihələrinin noyabrda Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs Sammiti çərçivəsində  imzalanması nəzərdə tutulur.

 

Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş Azərbaycan vətəndaşlarının Avropaya asanlaşdırılmış qaydalarla səfərlərinə geniş imkanlar açır. Xüsusilə elm adamları, təhsil məqsədilə səfər edən tələbələrimiz, müalicə məqsədilə Avropa ölkələrinə səfər etmək zərurəti duyan vətəndaşlarımız, dövlət və hökumət əhəmiyyətli səfərlər, eyni zamanda, idman, mədəniyyət və humanitar tədbirlərdə iştirak etmək məqsədilə səfər edən şəxslər bu sazişin müddəalarından irəli gələn sadələşdirilmiş üsulla viza almaq imkanı əldə edəcəklər. 

 

Viza rəsmiləşdirilməsinin sadələşdirilməsi Sazişinin imzalanmasının digər bir üstünlüyü isə vizanın əldə edilməsi üçün tələb olunan sənədlərin sayının əsaslı şəkildə azaldılması, viza rüsumlarının qarşılıqlı şəkildə iki dəfə azaldılması, uzunmüddətli və çoxdəfəli vizaların əldə edilməsi imkanıdır. Eyni zamanda, xaricdə yaşayan ailə üzvlərini ziyarət etmək məqsədilə Avropaya səfər edən vətəndaşlarımız bu Sazişin yaradacağı güzəştlərdən faydalana biləcəklər.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704
avatar

Oxşar yazılar