Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyinin prioritetləri müzakirə ediləcək
28 mart 2014 19:32 (UTC +04:00)

Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyinin prioritetləri müzakirə ediləcək

0

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev gələn həftə Strasburqa səfər edəcək.


 

APA-nın məlumatına görə, nazir müavini aprelin 3-də Strasburqda Avropa Şurasının baş katibi Tyorbyörn Yaqlandla görüşəcək.

 

Görüş zamanı Azərbaycan-Avropa Şurası münasibətləri, Azərbaycanın təşkilatda qarşıdan gələn sədrliyi və 6 ay sədrlik dövrü üçün əsas prioritetləri müzakirə ediləcək.

 

Qeyd edək ki, bu ilin mayın 5-də Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik Avstriyadan Azərbaycana ötürüləcək.

 

Azərbaycan quruma sədrliyi Avstriyanın paytaxtı Vyana şəhərində AŞNK-nin xarici işlər nazirləri səviyyəsində keçiriləcək toplantısında qəbul edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 535

Oxşar yazılar