Fevralın 12-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin təkbətək görüşü olub. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq bildirilib. Ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.