Ölkəmizin ABŞ-dakı səfirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 7-də ABŞ Konqresinin üzvü Duq Kollins (Doug Collins) Konqresdəki Azərbaycan üzrə İşçi Qrupuna üzv olaraq qoşulub. Bununla da İşçi Qrupundakı üzvlərin sayı 61-ə çatıb.
Duq Kollinsin Azərbaycan üzrə İşçi Qrupuna qoşulmasında ABŞ-da fəaliyyət göstərən Azərbaycan Dostları Assambleyasının ("Assembly of the Friends of Azerbaijan"- AFAZ) xüsusi rolu olub. Respublikaçılar Partiyasından olan konqresmen Kollins ABŞ Konqresində Corciya ştatına aid seçki dairəsini təmsil edir.
2004-cü ildən fəaliyyət göstərən ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupu iki ölkə arasındakı tərəfdaşlığın gücləndirilməsində mühüm rol oynayır.