Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən, fevralın 10-dan 12-dək İslamabad şəhərində (Pakistan) Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun 5-ci görüşü və Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən, fevralın 10-dan 21-dək Vışkov şəhərində (Çex Respublikası) Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcək.
Tədbirlərdə Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.