Azərbaycan prezidenti Mərakeş kralını təbrik edib
29 iyul 2013 19:03 (UTC +04:00)

Azərbaycan prezidenti Mərakeş kralını təbrik edib

Azərbaycan prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib. Lent.az-ın məlumatına görə, təbrikdə bildirilir:

 

“Əlahəzrət, əziz qardaşım, Mərakeşin milli bayramı – Taxt-tac günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Mərakeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441
avatar

Oxşar yazılar