Azərbaycan-Kamboca parlamentlərarası işçi qrupu yaradılacaq
22 aprel 2014 16:06 (UTC +04:00)

Azərbaycan-Kamboca parlamentlərarası işçi qrupu yaradılacaq

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Senin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. MM-dən Lent.az-a verilən məlumata görə, O. Əsədov bu səfərin Azərbaycanla Kamboca arasında diplomatik münasibətlərin yaradılmasının 20-ci ildönümünə təsadüf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Kambocada Azərbaycanın səfirliyi fəaliyyət göstərir, bu günlərdə isə Azərbaycan-Kamboca parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması nəzərdə tutulub.

 

Milli Məclisin sədri bildirib ki, Azərbaycan Kamboca ilə bütün sahələrdə əməkdaşlığa önəm verir. Bunun üçün iki ölkə arasında bir sıra vacib sənədlərin imzalanmasına hazırlıq gedir.
 

Hun Sen Kambocada azərbaycanlı iş adamlarının onların ölkəsinə investisiya yatırmasında maraqlı olduqlarını və neft-qaz mütəxəssislərinin hazırlanmasında ölkəmizin təcrübəsini öyrənmək istədiklərini diqqətə çatdırıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466

Oxşar yazılar