AXCP sədrinin müavini: “İsa Qəmbər çox narahatdır...”
30 dekabr 2013 15:37 (UTC +04:00)

AXCP sədrinin müavini: “İsa Qəmbər çox narahatdır...”

“Rüstəm İbrahimbəyovun fəxri sədrliyi ilə bağlı bəhanə də ortadan qalxdığı üçün bütövlükdə Milli Şuranı aşağılayan, onu inəyə bənzədən ifadələr işlədilir ki, qarşı tərəfdə qıcıq yaransın, beləliklə, Müsavat Partiyasının Milli Şuranı tərk etmək imkanı daha da asanlaşsın”.


 

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı Müsavat başqanı İsa Qəmbər və partiya funksionerləri tərəfindən Milli Şura və AXCP-nin ünvanına səslənən fikrilərə münasibət bildirərkən deyib.

 

Xatırladaq ki, dünən Müsavat Partiyasının Məclisində İ. Qəmbər və Məclis üzvləri AXCP-ni və Milli Şura üzvlərini Müsavata qarşı kampaniya aparmaqda ittiham ediblər.

 

F. Qəhrəmanlı isə bildirib ki, Müsavat Partiyası Milli Şuranı hədəf seçməklə, əhəmiyyətsizləşdirməklə özünü gündəmə gətirib, qurumla partiya arasında konfliktli vəziyyət yaranmağa başlayıb: “Təəssüf ki, Müsavat Partiyası Rüstəm İbrahimbvəyovun fəxri sədr olacağı halda, Milli Şuradan çıxacağını bildirdi. Bununla da, özünü gündəmə gətirdi. Ardınca İsa Qəmbər ümumiyyətlə, birlik modelinin xilas variantı olmadığını, birlik ideyasının əhəmiyyətsizliyini vurğuladı. Bundan sonra Müsavat Partiyasının funksionerləri bu səpkili çıxışlar edərək, Milli Şuranın əhəmiyyətinə, fəaliyyətinin nəticəsinə kölgəyə salan fikirlər səsləndirdilər. Təbii ki, Milli Şuraya qarşı sürülən ittihamlar qurum üzvləri tərəfindən vaxtında cavablandırıldı. Yaranmış vəziyyətdən İsa Qəmbər narahatdırsa, o zaman ilk olaraq, Müsavat Partiyasının mövqeyinə nəzər salmalıdır. Çünki Milli Şura üzvləri yalnız ittihamlara cavab veriblər, Müsavata qarşı hər hansı şərt irəli sürməyiblər. Ancaq biz bütün hallarda Müsavat Partiyasını hörmətlə yanaşırıq və qurumda qalmasının tərəfdarıyıq. Hesab edirik ki, bir qurumda qalıb-qalmamaq həmin qüvvənin qərarı ilə həll olan məsələdir, ancaq qurumu tərk edərkən bəhanə gətirmək lazım deyil. Konkret olaraq, bu, cəmiyyətdə suallar doğurur və qınağa səbəb olur”.

 

F. Qəhrəmanlı Müsavat Partiyası tərəfindən AXCP-yə yönəlmiş ittihamlara da münasibət bildirib: “Tamamilə əsassız fikirlərdir. Biz Müsavat Partiyası ilə keçirilən ikitərəfli görüşdə də bildirdik ki, partiyanın Milli Şurada qalmasının tərəfdarıyıq. “Azadlıq” qəzetinə gəldikdə, bu qəzetdə bizim sifarişimizlə materiallar getmir. Müstəqil qəzetdir, sadəcə, AXCP-yə rəğbəti var. Qəzetdə Milli Şuraya qarşı irəli sürülmüş ittihamlara daha çox, Milli Şuranın cəbhəçi olmayan üzvləri cavab verib. Biz onların fikirlərinin qarşısını almalıyıq ki, Müsavata xoş gəlsin? İsə Qəmbər bunu istəyir? Təbii ki, bu, doğru istək deyil. Görünür, İsa Qəmbər çox narahatdır ki, Milli Şuradan ayrılmaqla bağlı bəhanələri cəmiyyət tərəfindən ciddi qəbul olunmayıb, hər kəs bunun bəhanə olduğunu anlayıb. Bu, Müsavat Partiyasının siyasi kursunda dəyişiklik və 2015-ci il parlament seçkilərinə hesablanmış taktika olub-olmaması ilə bağlı suallar yaradır. Rüstəm İbrahimbəyovun fəxri sədrliyi bəhanəsi ortadan qalxdısa, bundan sonra nəyi bəhanə gətirərək Milli Şuradan ayrılmaq Müsavat Partiyasını əsəbləşdirir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 959
avatar

Oxşar yazılar