AVCİYA regionlarda seminarları davam etdirir
19 avqust 2013 11:14 (UTC +04:00)

AVCİYA regionlarda seminarları davam etdirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı  prezident seçkiləri ilə əlaqədar regionlarda seminarları davam etdirir. Bu barədə təşkilatdan Lent.az-a məlumat verilib. Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonları üzrə keçirilən seminarlardan sonra avqustun 17-19-da Şirvan, Hacıqabul, Sabirabad, Salyan rayonlarında seçkiləri müşahidə edəcək şəxslər üçün seminarlar keçirilib.

 

AVCİYA Şirvan regional ofisinin təşkilatçılığı ilə 3 gün ərzində keçirilən seminarlarda  AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məruzələr edib. O, AVCİYA-nın əvvəlki seçkilərdəki fəaliyyəti, bu ilin əvvələrindən təqvim planı əsasında görülmüş işlər barədə geniş məlumat verib. Bundan sonra məruzəçi müşahidəçilərin hüquq və vəzifələri, seçki günü müşahidəçilərin 3 mərhələdə, seçki başlanmazdan əvvəl, səs vermə prosesi və səslərin sayılması zamanı görəcəkləri işlər barədə seminar iştirakçılarını məlumatlandırıb.

 

AVCİYA seçki günü müşahidənin daha səmərəli təşkili üçün regionlarda keçirdiyi seminarlarla yanaşı hər bir müşahidəçiyə AVCİYA Seçki Qərargahının hazırladığı “Müşahidəçilər üçün yaddaş kitabçası” da təqdim edir. Regionlarda növbəti seminarlar  AVCİYA – nın Qəbələ regional ofisinin təşkilatçilığı ilə təşkil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373
avatar

Oxşar yazılar