ATƏT-in Bakı Ofisi statusunu dəyişdi
02 yanvar 2014 12:13 (UTC +04:00)

ATƏT-in Bakı Ofisi statusunu dəyişdi

2014-cü ilin yanvarın 1 tarixindən etibarən ATƏT-in Bakı Ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna transformasiya olunub.

 

APA-nın məlumatına görə, bu barədə qərar 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib.

 

Qərara əsasən, Layihə Əlaqələndiricisi aşağıdakı vəzifələri icra edəcək:

 

- ATƏT-in prinsip və öhdəliklərinin həyata keçirilməsi məqsədilə ATƏT və onun institutları ilə Azərbaycan hökuməti arasında əməkdaşlığın dəstəklənməsi;

- ATƏT və onun institutları ilə Azərbaycanın müvafiq dövlət orqanları arasında ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasının hər üç meyarını əhatə edən və Azərbaycan hökumətinin ehtiyac və prioritetlərini nəzərə alan layihələrin planlaşdırılması və icrası;

- Hökumət və qeyri-hökumət orqanları, yerli hakimiyyət orqanları, universitetlər, elmi-tədqiqat institutları və QHT-lərlə əlaqələrin saxlanılması;

- ATƏT ilə Azərbaycan hökuməti arasında razılaşdırılan və ATƏT institutları və ya sədri tərəfindən uyğun hesab edilən digər vəzifələrin həyata keçirilməsi.

 

Qeyd edək ki, ATƏT-in Bakı Ofisi 17 iyul 2000-ci ildən fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1523
avatar

Oxşar yazılar