Araz Əzimov: “Amerikalı həmsədr bu vəzifədə təzədir” - <span style="color:red;">YENİLƏNİB
03 mart 2014 13:48 (UTC +04:00)

Araz Əzimov: “Amerikalı həmsədr bu vəzifədə təzədir” - YENİLƏNİB

0

“Sumqayıtda hadisələr baş verib, amma səbəbləri, konteksti, faktları, ümumiyyətlə reallıqları tam başqadır, fərqlidir”.


 

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Sumqayıt hadisələri ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fikirlərə münasibət bildirərkən deyib.

 

A. Əzimov C. Uorlikin Xocalı soyqırımı ilə bağlı da “Twitter” səhifəsində fikrilərini bölüşdüyünü qeyd edərək, “Twitter”in Xocalını müzakirə yeri olmadığını söyləyib.

 

“Mən bunu “Twitter”də cənab Uorlikə bildirə bilməyəcəyəm. Çünki orda cəmi 120 hərfdən ibarət mesajlar yazmaq lazımdır. Cənab Uorlik bu vəzifədə təzədir və münaqişənin həqiqətlərini nəzərdən keçirməlidir”, - deyə A. Əzimov qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 675

Oxşar yazılar