Anjey Kaspşikin mandatı 1 il də uzadıldı - YENİLƏNİB
03 yanvar 2014 14:28 (UTC +04:00)

Anjey Kaspşikin mandatı 1 il də uzadıldı - YENİLƏNİB

Polşalı diplomat 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub


 

 

ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi, polşalı diplomat Anjey Kaspşik 17-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.

 

APA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkxalter Anjey Kaspşikin mandatını növbəti dəfə bir il müddətinə uzadıb.

 

Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir.
 

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri isveçrəli diplomat Anjelo Qnadingeri özünün Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edib. 


Bu il yanvarın 1-dən ATƏT-də sədrlik Ukraynadan İsveçrəyə keçib. İsveçrə Cənubi Qafqazda dialoq və sabitliyə nail olmağı sədrliyi dövrünün prioritetlərindən biri kimi göstərib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000
avatar

Oxşar yazılar