Almaniya Federativ Respublikasının prezidenti Azərbaycana yeni səfir təyin edib.
Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyinin mətbuat katibi Aytəkin Məhərrəmova bildirib.
Məlumata görə, yeni səfir Haydrun Tempel əvvəllər Almaniyanın Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası dialoq üzrə səfiri və xüsusi müvəkkil vəzifəsində, həmçinin Brüssel və Cakartada fəaliyyət göstərib.
Yeni təyin olunmuş səfir Azərbaycanla bağlı fikirlərini bildirib: "Azərbaycan xüsusi qonaqpərvərliyi və tolerantlığı ilə seçilən gözəl bir ölkədir. Mən yeni fəaliyyətimə görə çox məmnunam. Hədəfim Azərbaycan və Almaniyanı bir-birinə daha da yaxınlaşdırmaq və bizim sıx iqtisadi və mədəni əlaqələrimizi daha da dərinləşdirməkdir".