Conas Stüart: “Eldar Namazovun ABŞ Dövlət Departamentində görüşlərinin təşkilinə səfirliyimizin heç bir aidiyyəti yoxdur”
“Eldar Namazovun ABŞ Dövlət Departamentində görüşlərinin təşkilinə səfirliyimizin heç bir aidiyyəti yoxdur”. Bu açıqlamanı APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart verib. O bildirib ki, Eldar Namazovun ABŞ-da görüşlərinin təşkilində səfirliyin hansısa formada iştirakı barədə iddialar əsassızdır.
Qeyd edək ki, Milli Şuranın üzvü Zəfər Quliyev internet saytlarına açıqlamasında bildirib ki, ABŞ səfirliyinin Eldar Namazovdan Vaşinqtona səfərinin müddətini bir gün uzatmağı xahiş edib.