ABŞ konqresmenlərinin köməkçiləri Azərbaycana gəliblər
16 avqust 2013 10:26 (UTC +04:00)

ABŞ konqresmenlərinin köməkçiləri Azərbaycana gəliblər

ABŞ Konqresinin üzvlərinin köməkçilərindən ibarət qrup Azərbaycan parlamentinin dəvəti ilə Bakıda səfərdədir.


 

Milli Məclisdən APA-ya verilən xəbərə görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Konqres üzvlərinin köməkçiləri ilə görüş keçiriblər.

 

Görüşdə komitə sədri Səməd Seyidov qonaqlara Azərbaycanla bağlı ətraflı məlumat verib. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edən komitə sədri deyib ki, 20 ildən çoxdur Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazisini və daha yeddi rayonunu işğal altında saxlayır. S. Seyidov bölgə barədə dəqiq təsəvvür yaranması üçün amerikalı qonaqlara işğal altında olan rayonları xəritədə göstərib və bu ərazilərin Ermənistana heç bir aidiyyəti olmadığını bildirib. Qeyd olunub ki, coğrafi baxımdan Azərbaycanla ABŞ-ın bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, siyasi baxımdan münasibətlər getdikcə daha da yaxınlaşır, parlamentdə geniş tərkibli dostluq qrupu fəaliyyət göstərir, Azərbaycanda insan hüquqlarına yüksək dəyər verilir, gender bərabərliyi təmin olunur.

 

Konqres üzvlərinin köməkçiləri Azərbaycana səfərləri çərçivəsində ölkənin müxtəlif tarixi yerləri ilə yaxından tanış olduqlarını və müxtəlif maraqlı görüşlər keçirəcəklərini söyləyiblər. Görüşdə iştirak edən digər deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Sahibə Qafarova qonaqların müxtəlif məsələlərlə bağlı suallarını da cavablandırıblar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 447
avatar

Oxşar yazılar