ABŞ-ın Azərbaycandakı səfirindən bəyanat
25 iyun 2013 17:02 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirindən bəyanat

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar gənclərin məhkəmə işləri və siyasi fəallar barədə bəyanatla çıxış edib.

Səfirlikdən APA-ya daxil olan bəyanatda qeyd olunub ki, dünən N!DA təşkilatının iki üzvü, Zaur Qurbanlı və Rəşad Axundov barəsində qəbul edilmiş həbs-qəti imkan tədbirinin müddəti uzadılıb: “ Biz adıçəkilən şəxslərin və yazda keçirilmiş nümayişlər nəticəsində həbs edilmiş digər şəxslərin məhkəmə işlərini narahatlıqla izləməkdə davam edirik”.   

 

ABŞ səfiri hökuməti saxlanılan şəxslərin məhkəmə işləri üzrə müvafiq prosesi və qanun aliliyini, o cümlədən  ədalətli və şəffaf məhkəmə proseslərini təmin etməyə çağırıb: “Biz bu məhkəmə işlərini yaxından izləməyi və həmin məhkəmə işlərinə dair hökumətlə müzakirələr aparmağı davam etdirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759
avatar

Oxşar yazılar