AB-nin Azərbaycandakı səfiri: “...təhlükəni dərk edirik”
02 aprel 2014 12:35 (UTC +04:00)

AB-nin Azərbaycandakı səfiri: “...təhlükəni dərk edirik”

“Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqlar prosesində görünən nəticə yoxdur. Avropa Birliyi danışıqların tərəfi deyil, lakin ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”.


 

APA-nın xəbərinə görə, bunu AB-nin Azərbaycandakı səfiri Milena Mard deyib. O bildirib ki, AB-nin “Şərq tərəfdaşlığı” ölkələri ilə əməkdaşlığına dair hesabatda AB nümayəndələrinin Dağlıq Qarabağ və ətraf ərazilərə səfərlərinə şərait yaradılması tövsiyəsi yer alıb: “Biz Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmamasının AB üçün törətdiyi təhlükəni dərk edirik. Biz insanlar arasında etimad qurulmasında iştirak etmək istəyirik. AB istəyir ki, hər iki tərəf bu situasiyadan uduşlu çıxsın”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713
avatar

Oxşar yazılar