"Erməni lobbisinə ağır zərbələr endirəcəyik" - Komitə sədri
05 iyul 2018 13:54 (UTC +04:00)

"Erməni lobbisinə ağır zərbələr endirəcəyik" - Komitə sədri

“Erməni lobbisinin xaricdə törədiyi təxribatlardan xəbərdarıq. Bununla bağlı Azərbaycan diaspor təşkilatları fəal iş görür”.

 

APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, Komitə diaspor təşkilatları ilə bu məsələ ətrafında məsləhətləşmələr aparıb: “Türk diasporu və digər türkdilli ölkələrinin diasporları da bu işdə Azərbaycanın yanındadır, birlikdə işlər görülür”.

 

F. Muradov qeyd edib ki, erməni lobbisi öz çirkin əməllərindən əl çəkməlidir: “Azərbaycan diasporu olaraq yaxın zamanda erməni lobbisinə ağır zərbələr endirəcəyik. Azərbaycan diaspor təşkilatları istənilən vaxt buna hazırdır” .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

APA Baycan

Oxşar yazılar