<span style="color:red;">Liberman:  “Azərbaycan ən yüksək standartlara uyğun seçki keçirib”
02 noyabr 2015 11:58 (UTC +04:00)

Liberman: “Azərbaycan ən yüksək standartlara uyğun seçki keçirib”

 

 

“Azərbaycan dünyada mövcud olan ən yüksək standartlara uyğun seçki keçirib”

 

İsrail parlamentinin nümayəndə heyəti Azərbaycanda keçirilən parlament seçkilərinin yekunlarına dair mətbuat konfransı keçirib.

 

APA-nın məlumatına görə, İsrail parlamentinin deputatı, sabiq xarici işlər naziri, nümayəndə heyətinin başçısı Aviqdor Liberman bildirib ki, seçkilər açıq və şəffaf, beynəlxalq standartlara uyğun keçirilib: "İsrail parlamenti Azərbaycandakı seçkiləri 4 müşahidəçi ilə izləyib. Hesab edirəm ki, Azərbaycan dünyada mövcud olan ən yüksək standartlara uyğun seçki keçirib. Bu baxımdan mən Azərbaycan xalqını təbrik edirəm".

 

Qonaq qeyd edib ki, müşahidə etdikləri seçki məntəqələrində həm də yüksək seçki mədəniyyətinin şahidi olublar.

 

A. Liberman hazırda Azərbaycan-İsrail münasibətlərinin inkişaf etdiyini söyləyib. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsinə də münasibət bildirərək, bunun ikili standartlardan irəli gəldiyini vurğulayıb: “Beynəlxalq təşkilatlar təkcə Azərbaycana qarşı yox, digər dövlətlərə də münasibətdə ikili standartlardan çıxış edirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar