[b]Xələf Xələfov Şuşa məscidinin təmiri ilə bağlı DANIŞDI[/b]
27 dekabr 2016 13:28 (UTC +04:00)

[b]Xələf Xələfov Şuşa məscidinin təmiri ilə bağlı DANIŞDI[/b]

"Ermənistan çalışır ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, məskunlaşdırma aparsın, xaricdə yaşayan erməniləri burada məskunlaşdırsın. Bunlar beynəlxalq hüquqa zidd olan qanunsuz hərəkətlərdir".

 

APA-nın məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Xələf Xələfov İran şirkətinin Şuşada məscid təmiri aparması ilə bağlı separatçı rejimlə "müqavilə" bağlamasını şərh edərkən deyib.

 

Nazir müavini bildirib ki, beynəlxalq hüquq baxımından bu fəaliyyətlərin nəticəsi tanınmır.

 

"Ona görə də istənilən ölkə, fiziki və hüquqi şəxs tərəfindən işğal olunmuş ərazilərdəki fəaliyyətlər qeyri-qanunidir. Onlar Azərbaycan qanunları vasitəsi ilə o təqib oluna bilər. Bu, həssas məsələdir", - deyə X. Xələfov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

APA Baycan

Oxşar yazılar