“Serbiya və Azərbaycan beynəlxalq aləmdə bir-birini dəstəkləyir. Beynəlxalq hüququn ərazi bütövlüyü və dövlətlərin suverenliyi kimi prinsiplərində hər iki ölkənin prinsipial mövqeyi dəyişməz olaraq qalır”.
APA-nın xəbərinə görə, bunu Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Serbiya və Azərbaycanın birgə mövqeyi ondan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına uyğun, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll olunmalıdır.