[b]Məzahir Pənahov: "5641 seçki məntəqəsi seçkilərə hazırdır"[/b]
10 aprel 2018 19:09 (UTC +04:00)

[b]Məzahir Pənahov: "5641 seçki məntəqəsi seçkilərə hazırdır"[/b]

"125 seçki dairəsi, 5641 seçki məntəqəsi seçkilərə hazırdır. Bu seçki məntəqələrindən 41-i ölkə xaricində yaradılıb". 
 
 
APA TV-nin məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib: "Bizim 5 milyon 315 minə yaxın seçicimiz var ki, seçici siyahılarına daxil edilib, onlar bu məntəqələrdə səs verəcəklər. Bu məntəqələrdən 41-i Azərbaycanın sərhədlərindən kənarda olan seçicilərimizin səs verməsi üçündür, yəni xarici ölkələrdə". 
 
 
MSK sədri deyib ki, seçkilərlə bağlı müşahidə aparmaq istəyən heç bir şəxsə mənfi cavab verilməyib. O, həmçinin Dövlət Statistika Komitəsinin açıqladığı seçici sayı ilə MSK-nın açıqladığı məlumat arasındakı fərqə də toxunub: "Azərbaycanda vətəndaşın səsvermə hüququ mütləq xarakter daşıyır, digər çoxlu sayda xarici ölkələrdən fərqli olaraq. Yəni hətta kiminsə adını bilərəkdən, qəsdən kimsə salmır və yaxud vətəndaş özü gizlənib, heç şərait yaratmır ki, onu tapsınlar və adını seçki siyahısına salsınlar, səsvermə günü kifayətdir ki, o, məntəqəyə gəlsin, sənədini təqdim etsin və o sənəd əsas verirsə, o, məntəqədə səs verə bilər. Məntəqə onu bizim təqdim etdiyimiz əlavə seçki siyahısına daxil edir".
 
 
 
MSK sədri qeyd edib ki, aprelin 11-də keçiriləcək səsvermə prosesini 59 ölkədən 61 beynəlxalq təşkilatın nümayəndəsi müşahidə edəcək, 51 xarici KİV-dən 118 təmsilçi işıqlandıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

APA TV

Oxşar yazılar