“Xankəndi hava limanı 15 günə uçuşa hazır olacaq”
19 sentyabr 2013 13:16 (UTC +04:00)

“Xankəndi hava limanı 15 günə uçuşa hazır olacaq”

Dağlıq Qarabağdakı separatçı rejim yeni hava limanından uçuşlar həyata keçirmək üçün təyyarələr alıb

 

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejim yeni hava limanından uçuşlar həyata keçirmək üçün təyyarələr alıb.


 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, separatçıların mülki aviasiya baş idarəsinin rəisi Dmitri Adabaşyan təyyarələrin 15 gün ərzində uçuşa texniki baxımdan hazır olacaqlarını söyləyib. O, hazırda təyyarələrin texniki baxışdan keçdiyini deyib: “Hava limanı təyyarələri yola salmaq və qəbul etməyə çoxdan hazırdır”.

 

Yarım aydan sonra Dağlıq Qarabağdakı hava limanından ilk uçuşun həyata keçirilməsinin mümkün olub-olmayacağı haqda suala cavabında D. Adabaşyan yalnız texniki məsələlərə cavabdeh olduğunu vurğulayıb.

 

Separatçıların “hökumət”indən isə “Aykakan Jamanak” qəzetinə bildiriblər ki, yaxın 15-20 gün ərzində uçuşun baş tutması mümkün olmaya bilər, bu məsələ müzakirə olunur və qərar qəbul edildikdə bu barədə açıqlama veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1410
avatar

Oxşar yazılar