“The New York Times” qəzetində Bakı həm Azərbaycanın, həm də Ermənistanın paytaxtı kimi qeyd olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Lent.az-a açıqlamasında bildirib ki, “The New York Times” qəzetində Bakının həm Azərbaycanın, həm də Ermənistanın paytaxtı kimi göstərilməsi böyük ehtimalla texniki səhvlə bağlıdır.
Elman Abdullayev deyib ki, bununla bağlı Xarici İşlər Nazirliyi bu gün Azərbaycanın ABŞ-dakı səfirliyinə müvafiq təlimat verəcək və səfirlik bu yanlışlığın aradan qaldırılması üçün qəzetin rəhbərliyinə müraciət edəcək.