Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, qəzetin 27 aprel tarixli sayında onun həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev-90” sərlövhəli məqalə fars dilində yer alıb.
Heydər Əliyevin əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyəti, əldə etdiyi uğur və nailiyyətlər, Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən bəhs edilən məqalədə dünya şöhrətli siyasi xadimin mehriban qonşuluq və səmimi dostluq siyasətinin nəticələri əsasında yazılır: “Azərbaycan və İran münasibətlərində müsbətə doğru dönüşün əsasını qoyan Heydər Əliyev bu əlaqələrin iki ölkə xalqlarının qardaşlığı, dostluğu və əməkdaşlığı prinsipi əsasında qurulduğunu bildirərək qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük potensial sayılan qədim tarixi köklər, eyni din və eyni mənəvi dəyərlər kimi ortaqlıqların olduğunu vurğulayıb”.