“İslam Partiyasının lideri Mövsüm Səmədovun Milli Şura üzvlüyündən imtinası müzakirə olunacaq. Mövsüm Səmədov həbsdə olduğu üçün onun Milli Şuraya üzvlüyü barədə danışıqlara başqa şəxslə aparılmışdı. Həmin şəxs hazırda Azərbaycanda deyil, döndükdən sonra bu məsələni onunla dəqiqləşdirəcəyik. Biz hamının mövqeyinə hörmətlə yanaşırıq”. Bunu
Milli Şura Aparatının rəhbəri Eldar Namazov “Media forum” saytına açıqlamasında deyib.
E. Namazov bildirib ki, məsələ dəqiqləşəndən sonra mətbuata ətraflı məlumat veriləcək.
Qeyd edək ki, Milli Şura iyunun 7-də təsis edilib.
Azərbaycan İslam Partiyasının lideri iyulun 24-də bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Milli Şurada təmsil olunmağı onun fəaliyyətinə təsir etmə nöqteyi-nəzərindən məqbul deyil: “Zindanda olmağımızla əlaqədar Milli Şuranın işində yaxından iştirakım mümkün deyil. Həm də Azərbaycan İslam Partiyasının seçki şurasında onun bir namizədi kimi iştirak etdiyimizə görə Milli Şurada üzv olmağımızı lazım bilmirik”.
Mövsüm Səmədovun gedişindən sonra Milli Şurada 130 şəxs var.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.