“İrəli” sədri təşkilatın harda fəaliyyət göstərəcəyini bilmir - <span style="color:red;">YENİLƏNİB
13 may 2014 16:49 (UTC +04:00)

“İrəli” sədri təşkilatın harda fəaliyyət göstərəcəyini bilmir - YENİLƏNİB

“İrəli” İctimai Birliyinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bunu Lent.az-a açıqlamasında İB-in sədri Rauf Mərdiyev bildirib. Onun sözlərinə görə, 2011-ci ildə icarəyə götürdükləri ofisin icarə müddəti bitir və buna görə də təşkilat yeni ofisə köçür: “Onu da qeyd edim ki, “İrəli” təşkilati işlərlə bağlı hər iki-üç ildən bir ofisini dəyişir”.

 

Lakin R. Mərdiyev "İrəli"nin yeni ünvanı barədə bir söz deməyib. O, təşkilatın harda fəaliyyət göstərəcəyi barədə suala "bunu gələcəkdə açıqlayacağıq" deməklə, cavab verib.  

 

R. Mərdiyev həmçinin qeyd edib ki, köçürülmə prosesi ilə əlaqədar İctimai Birliyin layihələrində ləngimələrin olması istisna edilmir.  

 

Qeyd edək ki, "İrəli"nin ofisinin boşaldılması barədə ilk xəbəri axar.az saytı  yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650

Oxşar yazılar