Prezident İlham Əliyev “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, sərəncamda Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Bundan başqa, Nazirlər Kabineti üç ay müddətində normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etməlidir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi də mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanununa uyğunlaşdırılmasını təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.