“DADP-nin sədri Əlisahib Hüseynov həbs olunmayıb”
25 iyul 2013 20:23 (UTC +04:00)

“DADP-nin sədri Əlisahib Hüseynov həbs olunmayıb”

“Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov həbs olunmayıb”.

 

Bunu Azadlıq Radiosuna partiyanın ikiyə bölünmüş qanadlarından birinin sədr müavini Elşad Əliyev bildirib:

 

«Əlisahib müəllim ailəsinin, övladlarının yanındadır. Bu gün səhər onun rəhbərliyi ilə partiyada toplantı olub. Ondan sonra övladını həkimə aparmışdı. O niyə həbs olunmalıdır ki? Bu barədə deyilənlər böhtandır”.

 

İki gün əvvəl bu barədə xəbər yayılanda, Əlisahib Hüseynov AzadlıqRadiosuna məlumatı təkzib edib.

 

Partiyanın icra katibi Sevda Xurşudovanın Azərbaycandan deportasiya olunması barədə məlumata gəldikdə isə, Əlisahib Hüseynov onun Gürcüstanda vəfat edən qohumlarının yas mərasiminə getdiyini deyib.

 

Amma iyulun 25-də yenidən Əlisahib Hüseynovun həbsi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb. Bu dəfə isə onun yayılan məlumatlara münasibətini öyrənmək mümkün olmayıb. Gün ərzində mobil telefonu şəbəkə xaricində olub.

 

Qeyd edək ki, virtualaz.org saytı Ə. Hüseynovun həbsi barədə xəbər yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 797
avatar

Oxşar yazılar