Son vaxtlar Ukraynada baş verən hadisələr bir daha Azərbaycanı enerji resurslarının mənbəyi kimi diqqətə gətirir”. Lent.az-ın məlumatına görə, bunu Birləşmiş Ştatların Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.
Onun sözlərinə görə, Azərbaycan və onun tərəfdaşları ilə əməkdaşlıq, o cümlədən Azərbaycanın enerji resurslarının işlənib hazırlanmasında əməkdaşlıq edən ABŞ- la əməkdaşlıq gələcəyə hesablanan bir addım olub. “Azərbaycandakı enerji resursları Avropa və digər ölkələr üçün əhəmiyyət kəsb edir. Ötən il Transatlantik (TAP) boru kəmərinin “Şahdəniz” investisiyası ilə bağlı yekun qərarın verilməsi, Cənub dəhlizi ilə bağlı xeyli irəliləyişin əldə olmasına zəmin yaradıb”. “ABŞ Azərbaycan və digər ölkələrlə öz işini davam etdirəcək ki, “Şahdəniz” layihəsi irəliyə getsin”, - deyə, səfir əlavə edib.