“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesində mühüm rol oynayır”
13 avqust 2013 20:07 (UTC +04:00)

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesində mühüm rol oynayır”

İlham Əliyev münaqişənin tezliklə tarixi ədalət əsasında həllinin vacibliyini bəyan edib

 

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində durğunluq yaranmasından və beynəlxalq təşkilatların konfliktin həlli ilə bağlı qətnamələrinin yerinə yetirilməməsindən təəssüfləndiyini bəyan edib.

 

APA-nın “İnterfax”a istinadən xəbərinə görə, dövlət başçısı Bakıda Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Azərbaycan torpaqlarının işğalı 20 ildən artıqdır davam edir.

 

Onun sözlərinə görə, işğal olunmuş ərazilərdə dağıdılması mümkün olan hər şey dağıdılıb: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamədə işğalçı Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələb olunub. Lakin bu qətnamələr hələ də kağız üzərində qalır. Bu münaqişənin tezliklər həlli regionda sabitliyə və əməkdaşlığa gətirib çıxaracaq. Dağlıq Qarabağ münaqişəsi tarixi ədalətə, beynəlxalq hüquq normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun həll edilməlidir”.

 

Azərbaycan prezidenti ATƏT-in Minsk Qrupunun sədri kimi Rusiyanın nizamlama prosesində mühüm rol oynadığını vurğulayıb: “Azərbaycanla Rusiyanın möhkəm baza üzərində qurulmuş dostluq və mehriban qonşuluq münasibətləri xalqlarımızın tarixinə, eyni taleyə sahib olmasına və qarşılıqlı maraqlarımıza əsaslanır. Bu gün siyasi əlaqələrimiz inkişaf edir, beynəlxalq təşkilatlarda dost və tərəfdaş kimi əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik və gələcəkdə də bu siyasətimizi davam etdirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638
avatar

Oxşar yazılar