Rusiya sərhədçiləri Paşinyanın tələbi ilə  Azərbaycan sərhədinə yerləşdirilib  - SƏFİR
30 mart 2024 12:56 (UTC +04:00)

Rusiya sərhədçiləri Paşinyanın tələbi ilə Azərbaycan sərhədinə yerləşdirilib - SƏFİR

Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan sərhədində müşahidə postları Baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib.

Lent.az xəbər verir ki, bu barədə mediaya müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.

Səfir Ermənistan Baş nazirinin 2020-ci ildə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün belə bir xahiş etdiyini vurğulayıb.

Diplomat əlavə edib ki, Ermənistan tərəfi Rusiyanın müşahidə postlarının yerləşdirilməsini hüquqi planda qanuniləşdirməyə cəsarət etməyib.

# 2565
avatar

Oxşar yazılar