Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır
12 may 2024 14:34 (UTC +04:00)

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır

Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxır.

Lent.az-ın “Sputnik Armenia” istinadən verdiyi məlumata görə, Rusiya sərhədçiləri 2020-ci ilin dekabrında Gorus və Qafanın Çakaten kəndi arasında sərhəddə qurulan postlardan çıxır.

Qeyd edək ki, bu barədə razılaşma mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Syunik, Vayots Dzor, Geqarkunik, Ararat və Tavuşdakı məntəqələri tərk etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2286
avatar

Oxşar yazılar