Putinin Novo-Oqarevodakı iqamətgahı ilə bağlı  gizli sənədlər   yayıldı  - FOTO
27 may 2024 19:24 (UTC +04:00)

Putinin Novo-Oqarevodakı iqamətgahı ilə bağlı gizli sənədlər yayıldı - FOTO

Rusiya Federal Mühafizə Xidmətinin (FMX) ciddi səhv hesablaması nəticəsində ölkənin ən məxfi obyektlərindən biri - Kreml rəhbəri Vladimir Putinin Novo-Oqarevodakı iqamətgahı ilə bağlı sənədlər ictimaiyyətə açıqlanıb.

Lent.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, “Obyekt 53” kimi tanınan bu iqamətgah ənənəvi olaraq böyük hökumət tədbirləri, o cümlədən Təhlükəsizlik Şurasının iclasları üçün istifadə olunur.

Məlumata görə, məhkəmə prosesi zamanı mülki işdə "daxili" nin müfəssəl təsvirini və obyektin xüsusiyyətlərini özündə əks etdirən cinayət işindən sənədlər tapılıb. Sənədlər iqamətgahın daxili təşkili, o cümlədən işçi otaqları və ofis sahəsi haqqında məlumat verir.

Sızdırılan materiallara görə, iqamətgahda 4 növbə ilə işləyən 4 həkim və 111 mühafizəçi daimi növbətçilik edir. Mühafizəçilər üçün ərazidə atış tiri və silah təmizləmə otağı var. Sənədlərdə həmçinin qeyd olunur ki, iqamətgahda həm xidməti itlər, həm də digər dövlət başçıları tərəfindən Putinə verilən itlər saxlanılan iki məqsədli itlər evi yerləşir.

Artıq "tam axmaqlıq" adlandırılan qalmaqal, məxfi məlumatları lazımi şəkildə qoruya bilməyən Federal Mühafizə Xidmətinin səhvi səbəbindən yaranıb. Nəticədə, təfərrüatlı planlar və spesifikasiyalar, əvvəllər məxfi sənədlər Moskva şəhər Məhkəməsinin saytında yükləmək və məhkəmə binasında baxmaq üçün əlçatan olub.

Yüksək dərəcədə məxfiliyi ilə tanınan Novo-Oqarevo iqamətgahı təkcə Putin üçün yaşayış sahəsi deyil, həm də Təhlükəsizlik Şurasının mühüm iclaslarının keçirildiyi məkan kimi xidmət edir və Kremldəki kabinetin dublikatı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2892
avatar

Oxşar yazılar