Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden
15 iyun 2021 11:07 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden

Putin və Bayden Dağlıq Qarabağdakı vəziyyətə XÜSUSİ DİQQƏT AYIRACAQ

0

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden Cenevrədə Yaxın Şərq, Ukrayna və Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ liderləri eyni zamanda, strateji sabitlik, COVID-19 və kibercinayətkarlıqla mübarizə məsələləri barəsində fikir mübadiləsi aparacaqlar.

Y.Uşakov qeyd edib ki, V.Putin və C.Bayden Dağlıq Qarabağ, Ukrayna daxilindəki münaqişə və Belarusdakı vəziyyətə xüsusi diqqət ayırmağı planlaşdırırlar.

Qeyd edək ki, Rusiya-ABŞ sammiti sabah Cenevrədə keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1700

Oxşar yazılar