"Ola bilər kabinetlərdə oturaraq bəzi şeyləri görmürük" - BAŞ NAZİR
14 mart 2025 17:01 (UTC +04:00)

"Ola bilər kabinetlərdə oturaraq bəzi şeyləri görmürük" - BAŞ NAZİR

"Ola bilər ki, kabinetlərdə oturaraq bəzi şeyləri görmürük. Siz yerlərdə birbaşa seçicilərlə təmasda olaraq bizim görmədiyimiz məsələləri çatdıra bilirsiniz. Biz bunları qəbul edirik".

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsində səslənən suallara cavabında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, burda bir neçə məsələ səslənib: "Təbii olaraq hökümət üzvləri Prezidentin tapşırıqları və qoyulan hədəflərə çatmaq üçün bəzi məsələləri dəfələrlə müzakirə edirlər. Təkliflərin biri o oldu ki, tək İqtisadi Şurada və hökümət çərçivəsində yox, daha geniş məşvərət məclisində bu məsələləri iqtisadçı alimlər, təcrübəsi olan şəxslərlə bərabər müzakirə edək. Bu tam şəkildə tərəfimdən qəbul olunur.

Yəqin ki təkliflər Milli Məclisə çatırılacaq. Təbii olaraq həm sizin işiniz çoxdur, bizdə də vaxt çox deyil".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 380

Oxşar yazılar