Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı
10 aprel 2024 08:09 (UTC +04:00)

Mehriban Əliyevadan Ramazan bayramı paylaşımı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Lent.az xəbər verir ki, paylaşımda deyilir:

“İnsanların qəlbini, düşüncəsini nurlandıran, onları xoş əməllərə dəvət edən müqəddəs Ramazan ayının başa çatması münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirirəm. Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! Ramazan bayramınız mübarək!”

# 2073
avatar

Oxşar yazılar