Böyük Quruluş Partiyasının və Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
Lent.az xəbər verir ki, Fazil Mustafa bu barədə qərar bu gün Böyük Quruluş Partiyasının Ali Məclisində qəbul edilib.
O, sənədlərin qarşıdakı günlərdə Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini bildirib.
Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.